Lionel Messi 2026-cı il Dünya Kubokunda oynamaq istəyir

Lionel Messi

Lionel Messi Argentina millisindəki karyerasını davam etdirmək niyyətindədir. O, 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda komandasyla çempion olub və turnirin əsas simalarından biri idi.

O, turnirdə 077 yeddi qol və 0fcç assistlə 0f6lkəsinə böyük qələbə qazandıraraq, Argentina futbol tarixinin əfsanələrindən biri oldu. Ancaq 37 yaşı olan Messi barədə azarkeşlər 0e7oxlu suallar verir: O, hələ də dünya çempionatında oynamaq gücündədir?

Scaloni: “Messi və komandasy Dünya Kubokunda oynamaq istəyir”

Argentina millisinin baş məşqçisi Lionel Scaloni  verdiyi müsahibədə Messinin hələ də milli komandada oynamaq istədiyini və motivasiyasının yüksək olduğunu bildirib:

“Messi və komandadakı digər futbolçular hələ də Dünya Kubokunda iştirak etmək arzusundadır. Ancaq bunun üçün zamana ehtiyac var. O, öz vəziyyətini yaxşı bilir və əsas məsələ onun xoşbəxt olmasıdır.”

Buna baxmayaraq, Argentina yığmasında müyənn dəyişikliklər də baş verəcək. Xüsusilə, Messinin uzun illər komanda yoldaşı olmuş Anxel Di Mariya 2024-cü ildə keçiriləcək Amerika Kubokundan sonra milli karyerasına son qoyacağını elan edib. Scaloni isə Di Mariyanın qərarını yetkin və düşünülmüş addım kimi qiymətləndirib.

Di Mariyanın gedişi Messinin millidə qalmasını daha da vacib edir. Həm oyun keyfiyyəti, həm də liderlik bacarığı ilə Messi gənc nəsli �0f6z ardınca aparmaq potensialına malikdir.

Lionel Messi

Argentina Dünya Kubokuna vəsiqə qazana bilərmə?

Messinin növbəti mundialda iştirak etməsi üçün Argentina yığması ilk növbədə seçmə mərhələdə uğur qazanmalıdır. Komanda qarşıdıakı Braziliya və Uruqvay oyunlarında qalib gələrək vəsiqəni təmin etməyə çalışacıq.

Argentina millisinin Dünya Kubokuna qatılması halında, Messinin orada olub-olmayacağı hələ dəqiqləşdirilməyib. Ancaq Scaloni və milli komandanın rəhbərliyi onun turnirdə iştirak etməsinin çox müsbət təsir edəcəyini hesab edir.

Messi hələ də klub səviyyəsində karyerasına davam edir. Onun “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir və bu müddət əlavə bir illik uzadıla bilər. Bu, Messinin 2026-cı ildə də yüksək səviyyədə futbol oynamağa davam etməsinə imkan verə bilər. Argentina futbol azarkeşləri isə hələ də ümid edir ki, onların əfsanəvi kapitanı növbəti Dünya Kubokunda da meydanda olacaq.

Angel Di Maria